Microsoft Lumia 950 XL - Bluetooth-dan istifadə etməklə əlaqə şəxslərini köçürün

background image

Bluetooth-dan istifadə etməklə əlaqə şəxslərini köçürün
Ən yaxınlarınız və ən əzizləriniz bir addımlığınızda olsun. Əlaqə şəxslərinizi asanlıqla köçürmək

üçün Məlumatlarımın köçürülməsi proqramından istifadə edin.

İşarə:Əgər köhnə telefonunuz Lumia-dırsa və ya əvvəllər əlaqə şəxslərinizin Microsoft

hesabınızda ehtiyat nüsxəsini çıxarmısınızsa, əlaqə şəxslərinizi OneDrive-dan idxal etmək

üçün sadəcə telefonunuzda hesabınıza daxil olun. Əlaqələr avtomatik idxal edilir.

Köhnə telefonunuz Bluetooth-u dəstəkləməlidir. Köhnə telefonunuzda olan əlaqələr SIM

kartda deyil, telefonun yaddașında saxlanmalıdır.
1. Köhnə telefonunuzda Bluetooth-u yandırın və digər cihazların telefonunuzu görüb-

görmədiyinə əmin olun.

2. Yeni Lumia-nızda ekranın yuxarısından aşağı çəkin, seçiminə toxunub saxlayın, Bluetooth-

un yanılı olduğuna əmin olun və Lumia-nızı köhnə telefonunuza qoşun.

3. Yeni telefonunuzda Məlumatlarımın köçürülməsi seçiminə toxunun.

4. davam et seçiminə toxunun.

5. Qoşulan cihazlar siyahısından köhnə telefonunuzu seçin və hər iki telefonda görünən

göstərişlərə əməl edin. Yeni telefonunuzda Əlaqə şəxsləri seçim xanasının seçildiyinə əmin

olun.
Əgər əlaqələriniz yeni telefonunuzun dəstəkləmədiyi bir dildə yazılıblarsa, əlaqə məlumatı

düzgün göstərilməyə bilər.
Əlaqə şəxslərinizi köçürdükdən sonra ən yaxşı təcrübə və telefonunuzda yerə qənaət etmək

üçün Məlumatlarımın köçürülməsi proqramının quraşdırılmışını ləğv edin.