Microsoft Lumia 950 XL - Telefonunuz kilidli olduqda ondan istifadə edin

background image

Telefonunuz kilidli olduqda ondan istifadə edin
Kilidli olduğu zaman telefonunuzun müəyyən xüsusiyyətlərindən giriş PIN-ni yazmadan

istifadə edə bilərsiniz.
Telefonu oyatmaq üçün işəsalma düyməsini basın.
Zəngə cavab ver

Sizə birisi zəng edəndə telefonunuz kilidli olarsa, yuxarı çəkin və Cavab ver toxunun.
Bildirişlərinizə baxın

İşəsalma düyməsini basın və ekranın yuxarısından aşağı çəkin.
Kameranı açmaq

Əgər siz əməliyyat mərkəzində kamera üçün qısa yolu əlavə etsəniz, telefon kilidli olduqda

kameranı asanlıqla aktiv edə bilərsiniz. İşəsalma düyməsinə basın, ekranın yuxarısından aşağı

çəkin və Kamera toxunun.
Əgər telefonunuzun kamera düyməsi varsa, kamera düyməsini basın.
Daxil olan zəng bildirişini dəyişmək

İşəsalma düyməsinə basın, sonra telefonunuzun kənarında səs səviyyəsi düyməsinə basın və

ekranın yuxarısında səs səviyyəsi panelinə toxunun.
Bluetooth-u söndür

İşəsalma düyməsinə basın, ekranın yuxarısından aşağı çəkin və Bluetooth toxunun. Əgər

Bluetooth nişanı görünmürsə, Genişləndir toxunun.
Fləş işığını yandırın

İşəsalma düyməsinə basın, ekranın yuxarısından aşağı çəkin və Fənər toxunun. Əgər fləş

işığı nişanı görünmürsə, Genişləndir toxunun. Fləş işığını söndürmək üçün Fənər toxunun.

Fləş işığı bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün www.microsoft.com/

mobile/support/wpfeatures ünvanına daxil olun.
Musiqiyə fasilə vermək, davam etmək və ya başqa bir mahnıya keçmək

Ekranın yuxarısında yerləşən musiqi pleyeri idarəedicilərindən istifadə edin.

İşarə:Əgər radioya qulaq asırsınızsa, siz stansiyanı dəyişdirmək və ya radionu səssiz

etmək üçün kilid ekranında musiqi üzrə idarə elementlərindən də istifadə edə

bilərsiniz. FM radiosu bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün

www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.

Cortana-nı aç

Əgər telefonunuzun Cortana-sı varsa, Cortana-nı açmaq üçün axtarış düyməsinə toxunub

saxlayın .
Cortana bəzi regionlar və dillərdə mövcud deyil. Dəstəklənən regionlar və dillərlə bağlı

məlumat üçün www.microsoft.com/mobile/support/cortanaregions seçiminə keçin.