Microsoft Lumia 950 XL - Seçilmiş proqramlarla başlama ekranını qurun

background image

Seçilmiş proqramlarla başlama ekranını qurun
Dostlar və ailə üzvlərinizə başlama ekranınıza daxil olmadan telefonunuzda seçilmiş

proqramlardan istifadə etmək imkanı verin.
Əgər digər insanların başlama ekranınıza girişinin olmadığından əmin olmaq istəyirsinizsə,

telefonda giriş PIN-i quraşdırın.
Telefonunuzda giriş PIN-i quraşdırdıqdan sonra PIN-nizi daxil etmək əvəzinə telefonunuzun

kilidini açmaq məqsədilə gözlərinizdən istifadə etmək üçün Windows Hello Beta-nı quraşdıra

bilərsiniz. Windows Hello (Beta) altında Quraşdır toxunun və telefonunuzdakı təlimatlara

əməl edin. Windows Hello bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün

www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.
1. Ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Hesablar > Proqramlar

Guşəsi toxunun.

2. Toxunun Proqramlar, digərlərinin istifadəsinə icazə vermək üçün proqramları seçin və

toxunun.
Siz həm də başqalarının əməliyyat mərkəzi və ya parametrlərinizə daxil olmasını, düymələrdən

istifadə etməsini və lövhəcikləri dəyişdirməsini istəyib-istəmədiyinizi seçə bilərsiniz. Əməliyyat

mərkəziniz və ya parametrlərinizə daxil olmağa icazə vermək üçün Əməliyyat mərkəzi

yandırın . Kamera düyməsi kimi müəyyən düymələrdən istifadəyə icazə vermək və ya

başlama ekranında lövhəcikləri dəyişdirməyi başqalarına icazə vermək üçün Təkmil toxunun

və nəyə icazə vermək istədiyinizi seçin.
3. Parametrlərdən çıxmaq və Proqramlar Guşəsi açmaq üçün toxunun. Telefonunuzun

proqramları quraşdırması bir az vaxt apara bilər.

İşarə:Siz Proqramlar Guşəsi parametrlərini başlama ekranına daxil edə bilərsiniz, belə ki,

onları cəld aça bilərsiniz. Ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər >

Hesablar > Proqramlar Guşəsi > toxunun.

Öz başlama ekranınıza daxil olmaq

Proqramlar Guşəsi proqramında işəsalma düyməsini basıb saxlayın və sağa çəkin.